Advertisement

Şuşa Real məktəbinin fəaliyyətə başlayacağı vaxt BİLİNDİ

Şuşa. Trend:

Şuşa Real məktəbi Şuşanın ən böyük tarixi abidəsidir. Ona görə
burada təmir yox, bərpa işləri aparılır.

Trend xəbər verir ki, bu barədə Şuşa şəhərində Türk Dövlətləri
Təşkilatı Təhsil Nazirlərinin VIII İclası çərçivəsində
jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev
deyib.

Nazir qeyd edib ki, planlara görə, burada 2026-ci ilin sentyabr
ayında təhsil başlayacaq.

“Təhsil istiqaməti olaraq, incəsənət, mədəniyyət olması
planlaşdırılır. Eyni zamanda, bu müəssisə daha çox ali təhsil, orta
ixtisas təhsili verən qurum olacaq. Bu, Qarabağ Universitetinin
aidiyyəti bir qolu olacaq”, – deyə nazir əlavə edib.

Xəbər yenilənəcək