
Bakı. Trend:
Paris merinin Azərbaycana qarşı iddiaları tamamilə riyakarcasına
görünür.
Trend xəbər
verir ki, bu barədə Fransanın “La Gazette du Caucase“də dərc olunan məqalədə deyilir.
“Mayın 24-də Paris meri Ann İdalqo Fransanı noyabrda Bakıda
keçiriləcək COP29 konfransını boykot etməyə çağıran “təklif”lə
çıxış edib.
Parisdən gələn “təklif”in hüquqi qüvvəyə malik olmaması ilə
yanaşı, Ann İdalqonun fikirlərinə – xüsusən ətraf mühitin
mühafizəsi ilə bağlı – çox az adam diqqət yetirir.
Ətraf mühitin mühafizəsi adına hərəkət etdiyini iddia edən
İdalqo Parisdə əsas yolları avtomobillər üçün bağlayaraq, onları,
demək olar ki, heç kimin istifadə etmədiyi velosiped zolaqları ilə
əvəz edib və bununla şəhəri öz ideyalarına uyğun olaraq “dəyişib”.
Nəticədə bu bölgələr boşalıb, mağazalar həmişəlik bağlanıb ki, bu
da yollarda daha çox tıxaclara səbəb olub, küçələr zibillə dolub,
ətrafda siçovullar qaçışarkən evsiz insanlar səkilərdə yerləşməyə
məcbur olub”, – məqalədə deyilir.
Məqalənin müəllifləri Paris meri İdalqonun Ermənistanın
müdafiəsi bəhanəsilə Azərbaycana hücum etdiyini vurğulayıb.
“O, müxtəlif anti-Azərbaycan qruplaşmalarına rəhbərlik edən və
açıq şəkildə islamofobiyanı təbliğ edən Fransa ermənilərini
dəstəkləyir. Bütün bu insanlar, çox güman ki, istənilən halda
COP29-da iştirak etməyəcək”, – məqalənin sonunda deyilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























