Advertisement

TDT ölkələri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Şuşa. Trend:

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin gündəmə gətirdiyi
təkliflər sırasında ilk olaraq TDT-yə üzv olan ölkələrin akademik
məlumat bazasının yaradılması yer alıb.

Trend xəbər verir ki, bu barədə Şuşa şəhərində Türk Dövlətləri
Təşkilatı Təhsil Nazirlərinin VIII İclası çərçivəsində Türkiyənin
Ali Təhsil Şurasının sədri Erol Özvar jurnalistlərə açıqlamasında
deyib.

O qeyd edib ki, bu da özündə ali təhsil müəssisələrinin
məlumatlarının vahid mərkəzdə toplanmasını ehtiva edir.

“Bununla da üzv dövlətlər universitetlər haqqında dəqiq
məlumatları əldə edə biləcəklər. Digər təklif universitetlərin
uyğunlaşdırılması və tanınma prosedurları ilə məşğul olacaq ortaq
qurumun yaradılması ilə bağlıdır. Problemləri həll edəcək bir
qurumun yaradılması fikrini nazirlərlə birlikdə dəyərləndirdik. Üzv
dövlətlərin hər birini təmsil edən nümayəndələr bu fikri müsbət
qarşıladı”, – deyə o bildirib.