
Bakı. Trend:
“Nar” 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “YAŞAT”
Fondunun təşkilatçılığı ilə keçirilən “Hədiyyə Karvanı” layihəsinin
gerçəkləşdirilməsinə dəstək olub.
Bu çərçivədə mobil operator Fondla birgə ölkə boyunca bütün
şəhid ailələrindən olan 1700-dən çox uşağa bayram münasibətilə
müxtəlif hədiyyələr təqdim etməklə onların bayramını təbrik edib.
Vətən qarşısındakı mənəvi borcunu daim yerinə yetirən “Nar”ın bu
layihədə başlıca məqsədi vətən üçün canlarından keçmiş qəhrəman
şəhidlərimizin əmanətlərini sevindirmək və onların inkişafına
dəstək olmaqdır. Layihə haqqında qısa hesabat videosunu buradan izləyə
bilərsiniz.
Qeyd edək ki, “Nar”ın korporativ sosial məsuliyyət istiqamətinin
əsas hissələrindən birini milli mənəvi irsin qorunması təşkil edir.
Bu istiqamətdə “Nar” şəhid və qazi ailələrinə xüsusi diqqətin
göstərilməsi və işğaldan azad edilmiş ərazilərdə uğurlu layihələrin
həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Mobil
operatorun dəstək olduğu sosial layihələr haqqında
buradan ətraflı məlumat əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə
xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə
görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət
qarşılığında üstün xidmət təqdim edir.





























