
Bakı. Trend:
May ayının 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd
axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14
kiloqram 150 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran
İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin
qarşısı alınıb.
Bu barədə Trend-ə DSX-dən məlumat verilib.
Qeyd edilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam
etdirilir.





























