
Bakı. Trend:
700-dən çox qiymətləndirmə şirkətini və 1000-dən çox
qiymətləndiricini özundə birləşdirən bu platforma qardaş xalqlar və
qonşular arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfələr
verir.
Trend xəbər verir ki, bunu Türk Dövlətləri Qiymətləndiricilər
Birlikləri Şurasının toplantısında və III Beynəlxalq
Qiymətləndiricilər Forumunda maliyyə nazirinin birinci müavini Azər
Bayramov deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev türk
dövlətləri arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə
əlaqələrin inkişaf etdiyini daim vurğulayıb.
A.Bayramov diqqətə çatdırıb ki, bu gün türk dövlətləri arasında
iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir.
“Türk dövlətləri çərçivəsində birgə fəaliyyət modeli xüsusi qeyd
olunmalıdır. Bu forum buna nümunədir. Türk Dövlətləri
Qiymətləndiricilər Birlikləri Şurasına daxil olan ölkələr arasında
iqtisadi münasibətlərin yüksək səviyyədə olması sevindirici haldır.
Son illər qiymətləndirmə ilə bağlı qəbul edilmiş qanunlar və
onların uğurlara tətbiq edilməsi nəticəsində qiymətləndirmə sahəsi
keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qiymətləndirmənin sivil
bazasının formalaşdırılmasına nail olunub”, – deyə nazir müavini
əlavə edib.



























