Advertisement

“Merik” və “Ağbulaq” SES-lərin yayın sonunadək istismara verilməsi planlaşdırılır – Məsim Məmmədov (Özəl)

Laçın. Trend:

2024-cü ilin yayın sonunadək “Merik” və “Ağbulaq” su elektrik
stansiyalarının istismara verilməsi planlaşdırılır.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin
Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

“2024-cü ilin yayın sonunadək aşağıdakı su elektrik
stansiyalarının (SES) – Ağbulaq və “Merik” kiçik su elektrik
stansiyasının istifadəyə verilməsi planlaşdırılır. “Ağbulağ”ı
Laçındakı su elektrik stansiyaları arasında ən güclüsü adlandırmaq
olar. “Ağbulaq-1” və “Ağbulaq-2″nin gücü müvafiq olaraq 14,2
meqavatt və 14,8 meqavatdır. “Merik” kiçik su elektrik
stansiyasının gücü isə öz növbəsində 3,5 meqavatdır. Bu, yerli
çaylar üçün yaxşı göstəricidir. Gələcəkdə biz başqa yaşayış
məntəqələrində də yeni elektrik stansiyaları tikməyi
planlaşdırırıq. Planlaşdırdığımız SES-lərdən 4-ü Laçında, biri
Kəlbəcərdədir. Kəlbəcərdə tikiləcək SES Tərtər çayı üzərində –
Çaykənd və Qamışlıda olacaq”.

Qeyd edək ki, iyunun 1-də Laçında kiçik su elektrik
stansiyasının təməlqoyma mərasimi olub.

Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında beş kiçik su
elektrik stansiyasının istismarı layihəsi çərçivəsində “Malıbəy”
kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.