Advertisement

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Bakı. Trend:

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə
alınıb.

Belə ki, rayonun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü
Şükürov Mirhəsən Aftandil oğlu Uzuntəpə kəndində yerləşən su
bəndində boğulub.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.