Advertisement

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Bakı. Trend:

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar
olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət
həddi 20 km/saat endirilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Eyni zamanda bütün məlumat sürət tablolarında “güclü külək”
işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl
etmələri xahiş edilir.