Advertisement

Bakıda idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastika üzrə “AGF Trophy” beynəlxalq
turnirində medal qazanan azərbaycanlı idmançılar
mükafatlandırılıb.

Trend xəbər verir ki, böyüklər arasında mübarizə aparan
gimnastlarımız ayrı-ayrı alətlər üzrə hərəkətlərdə medallara layiq
görülüblər.

Azərbaycan millisinin üzvləri Nikita Simonov halqalarda qızıl,
İvan Tixonov paralel qollarda qızıl, halqalarda bürünc, Rəsul
Əhmədzadə sərbəst hərəkətlərdə qızıl, paralel qollarda bürünc,
Nazənin Teymurova dayaqlı tullanmada qızıl, müxtəlif hündürlüklü
qollarda bürünc, Murad Ağarzayev isə sərbəst hərəkətlərdə gümüş
medal qazanıb.

Qeyd edək ki, idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq
turniri Milli Gimnastika Arenasında 15-17 mart tarixləri arasında
keçirilir. Yarışlarda Azərbaycan, Qazaxıstan, Ukrayna, Özbəkistan
və Gürcüstanı təmsil edən 90-a yaxın idmançı iştirak edir.