Advertisement

“Qarabağ” Çempionlar Liqasına 2-ci mərhələdən başlayacaq

Bakı. Trend:

“Qarabağ” Çempionlar Liqasında 2024/2025 mövsümünə 2-ci təsnifat
mərhələsindən start verəcək.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, bu, “Real”ın turnirin qalibi olmasından sonra
dəqiqləşib.

Azərbaycan çempionu qitənin ən nüfuzlu yarışında ilk mərhələdən
azad olacaq. Madridlilərin qələbəsi “Qarabağ”la yanaşı
“Ferentsvaroş”un da işinə yarayıb.

Bundan başqa, “Real”ın qələbəsi Çempionlar Yolu ilə liqaya
yüksələcək komanda sayını 4-dən 5-ə yüksəldib. Bu amil Ağdam
klubuna əlavə şans yaradır.