Advertisement

Yəmən husiləri ABŞ təyyarədaşıyıcısına hücum ediblər

Bakı. Trend:

Yəmən husiləri yenidən ABŞ Hərbi Dəniz Qüvvələrinin “Dwight
Eisenhower” təyyarədaşıyan gəmisinə və həmçinin Amerika esminesinə
hücum edib.

Trend-in məlumatına görə, bu barədə qruplaşmanın hərbi sözçüsü
Yəhya Sari bildirib.

Bildirilib ki, ABŞ-ın “Dwight Eisenhower” təyyarədaşıyan
gəmisinə “çoxlu raketlər və pilotsuz uçuş aparatları ilə Qırmızı
dənizin şimalında zərbələr endirilib”. O, bunun “son 24 saatda
təyyarədaşıyan gəmiyə qarşı ikinci əməliyyat olduğunu”
vurğulayıb.

Onun sözlərinə görə, husilər, həmçinin ABŞ-ın Qırmızı dənizdə
esmines və “Abliani” və “Maina” ticarət gəmilərinə, eləcə də Hind
okeanında “Aloraiq” gəmisinə qarşı əməliyyatlar keçirib.