
Bakı. Trend:
Cari ilin yanvar-fevral dövründə Türkiyədən çay ixracı ötən ilin
müvafiq dövrü ilə müqayisədə 85 faiz artıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Şərqi Qara Dəniz
İxracatçıları Birliyinin İdarə Heyətinin sədr müavini və Çay
Sektoru Komitəsinin sədri Şaban Turqut bildirib.
Turqut bu ilin yanvar-fevral aylarında xaricə 1347 ton çay
satıldığını və 6 milyon 63 min 44 dollar gəlir əldə edildiyini
bildirib.
“Türkiyədən 85 ölkəyə çay satılır. Ötən ilin eyni dövründə 661
ton çay ixracından 3 milyon 274 min 872 dollar mənfəət əldə edilib.
Belə ki, ölkədən çay ixracı eyni il ilə müqayisədə kəmiyyətcə 104
faiz, dəyər baxımından isə 85 faiz artıb”, deyə o bildirib.





























