Advertisement

Şəkidə birmərtəbəli ev yanıb – Trend.Az

Bakı. Trend:

Şəki şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Fazıl kəndində
ümumi sahəsi 128 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin bir
otağında 10 m² sahədə ev əşyaları yanıb. Ev yanğından mühafizə
olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.