Bakı. Trend:
Yaponiya özünümüdafiə qüvvələrinə məxsus 2 ədəd beşinci nəsil
“F-35” qırıcısı Aomori prefekturasının aeroportuna qəza enişi
edib.
Trend-in
məlumatına görə, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, qəza enişinə səbəb təyyarələrin
elektronikasında yaranmış nasazlıqdır. Hadisə nəticəsində xəsarət
alan yoxdur. Fakt araşdırılır.





























