Bakı. Trend:
İyunun 1-2-də polis əməkdaşları narkotik vasitənin aşkar
edilməsi üçün əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən
əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,1 kiloqramdan artıq
narkotik vasitə, həmçinin 52 çətənə kolu aşkarlanaraq
götürülüb.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.





























