Bakı. Trend:
Azərbaycanda işsizlər üçün məşğulluq tədbirləri həyata
keçiriləcək.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında
müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklikdə öz əksini
tapıb.
Dəyişikliyə əsasən, məqsədli proqramlar sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin
məşğulluğunun təmin olunması məqsədilə iş yerlərinin yaradılmasının
bu Qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən işsizlikdən
sığorta vəsaiti hesabına maliyyələşdirilməsini nəzərdə tutan aktiv
məşğulluq tədbiri həyata keçiriləcək.





























