Bakı. Trend:
Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydası
müəyyən edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında
müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklikdə öz əksini
tapıb.
Qanuna əlavə edilməsi təklif edilən yeni maddəyə əsasən, qaydanı
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
müəyyən edir.
Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı
işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on
beş) iş yerindən çox olmamaqla müəyyən edilir.
Kvotadan əlavə iş yerlərində müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən göndəriş verilmiş şəxslərlə
2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi üzrə
əməkhaqqı bu Qanunun 26.6-cı maddəsi nəzərə alınmaqla, işsizlikdən
sığorta vəsaiti hesabına maliyyələşdirilir.
Kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının işsizlikdən sığorta
vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği sosial
müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən
şəxslərin kateqoriyaları üzrə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən faiz
dərəcələri tətbiq olunmaqla, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən
olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq
şərtilə İşəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə əsasında müəyyən
edilir.
Məqsədli proqramlar müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata
keçirilir.
Məqsədli proqramlar müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata
keçirilir.
Müsabiqədə aşağıdakı şərtlərə uyğun olan işəgötürənlər iştirak
edə bilərlər:
– son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinə
Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə
vaxtı keçmiş öhdəlikləri olmayan;
– son bir il ərzində işçilərin sayını azaltmayan və ya iş
yerlərini ixtisar etməyən;
– bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq müvafiq məlumatları
vakansiya bankına təqdim edən.
– Dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının,
dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan
hüquqi şəxslərin müsabiqədə iştirakına yol verilmir.
Müsabiqədə məqsədli proqramlar üzrə əmək bazarında ən çox tələb
olunan peşələr üzrə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı iş
yerləri yaradan işəgötürənlərə üstünlük verilir. Müsabiqədə qalib
olmuş İşəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) arasında müvafiq məqsədli proqramın
istiqamətləri, tərəflərin hüquq və vəzifələri, habelə məsuliyyəti
göstərilməklə məqsədli proqramın həyata keçirilməsinə dair 3 (üç)
illik müddətə müqavilə bağlanılır. Müqavilə müddətində.
İşəgötürənlərin məqsədli proqramların həyata keçirilməsinə dair
digər müsabiqədə iştirakına yol verilmir.
Məqsədli proqramın həyata keçirilməsi çərçivəsində işəgötürən
tərəfindən yaradılan və 2 (iki) ildən az olmayan müddətə bağlanılan
əmək müqaviləsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) göndərişi əsasında işçi qəbul ediləcək hər
iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə
alınmaqla ayrılacaq vəsaitin məbləği müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.





























