Advertisement

Erməni jurnalist 41 günlük aclıq aksiyasından sonra Fransaya qayıtdı

Bakı. Trend:

Erməniəsilli Fransa jurnalisti Leo Nikolyan Zvartnots hava
limanında 41 günlük aclıq aksiyasından sonra Fransaya qayıdıb.

Trend bu
barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, Leo Nikolyan bu ilin aprel ayında Ermənistana
gəlib, lakin jurnalistin ölkəyə girişi qadağan olunub.

Nikolyan etiraz əlaməti olaraq Zvartnots hava limanında aclıq
aksiyası elan edib.

“Mən Ermənistandan getməyəcəyəm, mən birbaşa burada Zvartnots
hava limanının pasport yoxlanışı şöbəsində aclıq elan edirəm. Qərar
təqdim etmədən, əsaslandırma olmadan mənə vətənimə girişi qadağan
etdilər. Təyyarəyə oturaraq ödənişsiz geri dönməyim üçün məni nə
qədər dilə tutsalar da, buradan gedən deyiləm”, – jurnalist
deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun