Advertisement

Sərhəd bölgələrində vətəndaşların məşğulluğu ilə bağlı addımlar atılmalıdır – Deputat

Bakı. Trend:

Sərhəd bölgələrində vətəndaşların məşğulluğu ilə bağlı addımlar
atılmalıdır. Çünki iş yerləri kifayət qədər olsa da, peşə
hazırlığının olmaması səbəbindən işsizlik yaranır.

Trend-in məlumatına görə, bunu deputat Məlahət İbrahimqızı Milli
Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən
iclasında müzakirə edilən “Məşğulluq haqqında” qanuna
dəyişiklikliyin müzakirəsi zaman deyib.

Deputat bildirib ki, müşahidələrə əsasən sərhəd bölgələrində
cavan şəxslər demək olar yoxdur.

“İş var, amma peşə hazırlığı ilə bağlı addımlar atılmır. Hətta
maraqlandım bir çox qurumların boş vakant yerləri var, amma kənddə
olan insanların, orada çalışmaq istəyənlərin peşə hazırlığı yoxdur.
Ucqar kəndlərdə əlçatanlıq məsələsində müəyyən problemlər var.
Yaxud da adi texnik işinə qəbul mərkəzləşdirilmiş qaydadır, tələb
olunan sənədlərin elektron formada göndərilməsi istənilir. Nəzərə
almaq lazımdır ki, ucqar kənddə yaşayan və bu işdə işləmək
istəyənlər ali təhsilli deyil”, – o əlavə edib.