Advertisement

Beyləqanda ot bağlaması ilə yüklü olan yük maşınında yanğın (FOTO)

Bakı. Trend:

Beyləqanda ot bağlaması ilə yüklü olan yük maşının qoşqusunda
yanğın baş verib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun
Dünyamalılar kəndində qeydə alınıb.

Ot bağlamaları ilə yüklənən “KamAz” markalı avtomaşın hərəkətdə
olarkən qoşqusunda olan ot bağlamaları yüksək gərginlikli elektrik
naqilinə toxunub və yanğın baş verib. Yanan ot bağlamalarının bir
hissəsi kənd daxili yola dağılıb. Hadisə yerinə Beyləqan rayon
Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb
edilib.

Alov söndürülüb ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində 300-dən çox ot bağlaması yanıb və​ kəndin​
elektrik verilişində fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.