
Bakı. Trend:
Regionun ən böyük maliyyə qurumu olan ABB yeni imic filmini
təqdim edib. “ABB Bizik!” devizi ilə hazırlanmış film Bankın
bütünləşdirici rolunu diqqətə çatdırır.
Universal həlləri ilə, bütün müştəri seqmentlərinin
ehtiyaclarını qarşılayan çeşidli məhsul və xidmətləri ilə,
formalaşdırdığı yeni təcrübələrlə, iştirak etdiyi irimiqyaslı
layihələrlə bu gün ABB ölkə və cəmiyyət həyatında çox mühüm müsbət
təsirlər yaratmaqdadır.
Bank 3.5 milyondan çox fərdi, 20 minə yaxın korporativ müştəriyə
xidmət edir. Ölkəmizdəki bir çox dövlət və özəl qurumların, kiçik
və orta sahibkarların etibarlı maliyyə tərəfdaşıdır. 1800-ə yaxın
səhmdar ABB-də pay sahibidir, Bankda 3500-dən çox əməkdaş çalışır.
ABB bu qədər şəxsi, onların doğmalarını yaratdığı dəyərlər
ətrafında bir araya gətirir, ayrı-ayrı fərdlər və qurumlar arasında
bağlantı qurur, imkanlar yaradır, inkişaf proseslərini dəstəkləyir.
Bütün bunlar ABB-nin bütünləşdirici rolunu getdikcə daha da
gücləndirir.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:
“Bu gün ABB sadəcə bank olmaqdan daha üstün mövqeyə
yüksələrək insanlarımızın gündəlik həyatında vacib bir dəyərə
çevrilib. Bu dəyəri müştərilərimizlə, tərəfdaşlarımızla,
səhmdarlarımızla, əməkdaşlarımızla, bir sözlə, ABB adında
bütünləşən hər kəslə birgə yaratmışıq. Biz bu insanlarla, onlar isə
ABB ilə bir bütünük, birlikdə ABB-yik. İmic filmimizin ötürdüyü
“ABB Bizik!” mesajı da belə bir xoş reallığı
vurğulayır”.
Filmi buradan izləyə
bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



























