Advertisement

Çerçesov Qazaxıstan millisinin yeni baş məşqçisi oldu

Bakı. Trend:

Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu Qazaxıstan Futbol Federasiyasının
mətbuat xidməti açıqlayıb.

Stanislav Çerçesov millinin baş məşqçisi təyin olunub. Rusiyalı
mütəxəssisin bunadək son iş yeri Macarıstanın “Ferentsvaroş” klubu
olub.

Qazaxıstan yığması Azərbaycan millisinin yoldaşlıq oyunundakı
rəqibidir. Komandalar iyunun 11-də Macarıstanda üz-üzə gələcək.

Qeyd edək ki, Çerçesovun Azərbaycan millisinin baş məşqçisi
postuna namizəd olduğu da iddia edilirdi.