Advertisement

COP29 iqlim dəyişikliyindən narahat olan hər kəs üçün vacibdir – NATO Baş katibi

Bakı. Trend:

Bu il Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyindən narahat
olan hər kəs üçün vacibdir və bu, təhlükəsizlik məsələlərinə də
aiddir.

Trend xəbər verir
ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti
İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək. Hazırda iqlim
dəyişikliyi ilə bağlı problemlər bütün dünyada müşahidə oluna
bilər”, – deyə o, bu tədbirin keçirilməsinin vacibliyini
vurğulayıb.

Stoltenberqin sözlərinə görə, Azərbaycan alternativ enerjinin –
külək və günəşin inkişafına fəal şəkildə sərmayə qoyur ki, bu da
enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə üçün vacibdir.