Advertisement

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda tüstüdən zəhərlənənlərin son vəziyyəti açıqlanıb

Bakı. Trend:

Zığda gəmi tərasanəsində tüstüdən zəhərlənənlərin son vəziyyəti
açıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Kliniki Tibbi
Mərkəzdən məlumat verilib.

Bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı
üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə KTM-ə hospitalizasiya
edilən hər iki şəxsə ilkin tibbi yardım göstərilib və evə
buraxılıblar.

Xatırladaq ki, ötən gün 17:00 radələrində Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun
61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5
əməkdaşı qazdan zəhərlənib. Üzən tərsanədə işləyən 4 işçidən səs
gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu
həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə
daxil olub, lakin o da qazdan zəhərlənib.

Əraziyə FHN-in xüsusi briqadası cəlb olunub. Hadisənin baş
verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu,
Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub
Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.

Zərərçəkən 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki
Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.