Advertisement

Prezident İlham Əliyev: Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir

Bakı. Trend:

Bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri
Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb
edilməsində çox vacib rol oynayıb.

Trend xəbər verir ki, bunu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Bakı
Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu
Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər
Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power”
sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və
artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin
başçısı bildirib: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün
seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki,
yaşıl enerji”.