
Bakı. Trend:
Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir.
Trend xəbər verir ki, bunu
Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı
Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft
və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika
və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki
çıxışında deyib.
Dövlətimizin başçısı deyib ki, son 30 il ərzində imzalanan bütün
müqavilələr həyata keçirilib, onlar parlament səviyyəsində
ratifikasiya edilib və qanun şəklində imzalanıb. “Yəni, həmin
müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz
bunun səbəbidir ki, biz yaşıl enerji, bərpaolunan enerji baxımından
da eyni marağı görürük”, – deyə Prezident vurğulayıb.





























