
Bakı. Trend:
Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
məlumat yayıb.
“Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından
təlim/sınaq üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına
məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya
uğrayıb.
Qəzada 2 pilot şəhid olub”, – deyə məlumatda bildirilib.





























