Bakı. Trend:
İndiyədək Ermənistanın Təbriz şəhərində baş konsulluq açmasına
qərar verilib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Ermənistan ilin sonunadək 4 ölkədə
diplomatik nümayəndəliyi yerləşdirmək niyyətindədir.
Mirzoyan qeyd edib ki, Təbrizdən əlavə Kiprdə, Serbiyada da
konsulluq açılacaq. Hazırda bununla əlaqədar işlər
görülməkdədir.
Ermənistan xarici işlər naziri eyni zamanda Macarıstanla
ikitərəfli qaydada səfirliklərin fəaliyyətə başlamasının qərar
alındığını deyib.





























