Advertisement

MEDİA kiberdələduzluqla bağlı çağırış etdi

Bakı. Trend:

Son günlər elektron informasiya resurslarında auditoriyanı
çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan
məlumatların tirajlanması halları müşahidə olunmaqdadır.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin
açıqlamasında deyilir.

“Belə ki, Azərbaycan Respublikasının Prezidentinin adından
istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi
yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə
bu yardımdan faydalanmaq təklif edilir.

Bildiririk ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid
növü kimi qiymətləndirilən kiberdələduzluq nümunəsidir.

Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və
ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq
nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən
kampaniyalara qarşı sayıq olmağa çağırırıq”, – məlumatda
vurğulanır.