Advertisement

Prokurorluqda istintaqa nəzarət idarəsinə rəis müavini və Füzuliyə prokuror təyin olunub

Bakı. Trend:

Baş prokuror əmrlər imzalayıb

Baş prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elnur
Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət
idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru
vəzifəsində işləyib

Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon
prokuroru vəzifəsinin icrası həvalə edilib.

Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru
vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən
Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinin icrası həvalə
edilib.

Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun
müavini vəzifəsində çalışıb.