Advertisement

Azərbaycandan zəvvarların növbəti qrupu Həcc ziyarətinə yola düşüb

Bakı. Trend:

Azərbaycandan zəvvarların növbəti qrupu Həcc ziyarətinə yola
düşüb.

Trend-in
məlumatına görə, 180 nəfərlik ikinci zəvvar qrupunu aparan təyyarə
16:35-də havaya qalxıb.

Qeyd edək ki, bundan əvvəl zəvvarların ilk qrupu səhər
saatlarında yola düşüb. Bu il Azərbaycana Həcc ziyarətinə görə 1500
nəfərlik kvota verilib. Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın
12-dən başlanılıb və mayın 29-da başa çatıb.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil
edir.