
Bakı. Trend:
Çinin Sıçuan əyalətində meşə yanğını ilə əlaqədar əhalinin
təxliyəsi həyata keçirilir.
Trend-in
məlumatına görə, bu barədə Çinin Fövqəladə Hallar Nazirliyi məlumat
yayıb.
Məlumata görə, ümumilikdə 3396 sakin təxliyə edilib. “Hələlik
tələfat barədə məlumat yoxdur, yanğının başvermə səbəbi
araşdırılır”, – nazirliyin məlumatında bildirilib.
Yanğınla mübarizəyə minə yaxın yanğınsöndürən, 7 helikopter cəlb
edilib.





























