Bakı. Trend:
Londonun bəzi əsas xəstəxanalarının kiber hücuma məruz qalması
problemlərə yol açıb.
Trend Sky News kanalına istinadən xəbər verir ki, Londonun Kings
Kollec, Royal Brompton, Evelina London Uşaq Xəstəxanası, həmçinin
Qays və St Tomas xəstəxanalarının sistemləri böyük kiber hücuma
məruz qalıb.
Kiber hücumun sistemdə yaratdığı problemlərə görə bir çox
xəstənin prosedurları ləğv edilməli olub və ya başqa xəstəxanalara
yönləndirilib.





























