Advertisement

Misir, Qətər və ABŞ Dohada Qəzza ilə bağlı danışıqların bərpasını müzakirə edəcəklər

Bakı. Trend:

Misir, Qətər və ABŞ nümayəndələri iyunun 5-də Qəzza zolağında
atəşkəslə bağlı danışıqların bərpası yollarını müzakirə
edəcəklər.

Trend-in məlumatına görə, bu barədə “Əl-Qahirə əl-İxbariyyə”
telekanalı məlumat yayıb.

Məlumata görə, Dohada keçiriləcək iclasda Misiri təhlükəsizlik
qüvvələrinin rəhbərləri təmsil edəcək.

Nümayəndə heyətlərinin tərkibi ilə bağlı əlavə məlumat hələlik
verilməyib.