Advertisement

Aİ Baydenin Qəzzada atəşkəs planını dəstəkləyib

Baı. Trend:

Avropa İttifaqı ABŞ Prezidenti Co Baydenin təklif etdiyi və
Qəzza zolağında davamlı atəşkəsə gətirib çıxaracaq yol xəritəsini
tam dəstəkləyir.

Trend-in
məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici əlaqələr və
təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell
bildirib.

“Aİ ABŞ, Misir və Qətərin İsrail və HƏMAS arasında müharibəni
dayandırmaq üçün səylərini yüksək qiymətləndirir”, – deyə o qeyd
edib.

Onun sözlərinə görə, Yaxın Şərqdə sülh və sabitlik hər iki
xalqın, bütövlükdə regionun və bütün dünyanın maraqlarına cavab
verir.

“Aİ hər iki tərəfi Baydenin Qəzzada atəşkəs üçün təklif etdiyi
üç həll mərhələsini qəbul etməyə və həyata keçirməyə çağırır”, –
deyə Borrell əlavə edib.