Advertisement

Millinin futbolçusu “Səbail” ilə yeni müqavilə imzalayıb

Bakı. Trend:

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən
“Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Samir Abdullayevlə 1 illik anlaşma əldə
olunub.

Yarımmüdafiəçi ötən mövsüm komandanın heyətində Azərbaycan
Premyer Liqasında 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb. Oyunçu bu
görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Qeyd edək ki, U-21 milli komandamızın üzvü 2022-ci ildən
“dənizçilər”in formasını geyinir.