Advertisement

Şirvanda soyğunçuluq edən şəxs saxlanıldı

Bakı. Trend:

Şirvanda soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan Trend-ə verilən
məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində iki nəqliyyat
vasitəsindən 160 manat pul və bir ədəd mobil telefonu açıq talama
yolu ilə ələ keçirən Namiq Yahyayev saxlanılıb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi
başlanıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.