Advertisement

Hazırda qlobal təhlükəsizlik vəziyyəti getdikcə pisləşir – Peter Siyarto

Bakı. Trend:

Hazırda qlobal təhlükəsizlik vəziyyəti getdikcə pisləşir.

Trend xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və
ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Azərbaycan Respublikası ilə
Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə
dair birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, nəticədə dünya yenidən bloklara bölünə
bilər.

“Bu çox mənfi hal olacaq və hər kəsə böyük zərər gətirəcək. Biz
birimizlə dialoqda olmalıyıq. Macarıstan və Azərbaycan israrlı
şəkildə əməkdaşlığa köklənmək istəyən ölkələrdir. İki ölkə arasında
strateji əməkdaşlıq qurulması bizim çox irəli getdiyimizi göstərir.
Azərbaycanla ilk əməkdaşlığımızda Avropa tərəfdaşlarımız bizi
qınadı. Lakin indi Prezident İlham Əliyev ilə eyni fotoda görünməyə
can atırlar. Bu ölkələr üçün Azərbaycan çox önəmli dövlətə
çevrilib.”,- deyə nazir bildirib.

Xəbər yenilənəcək