Advertisement

Azərbaycan artıq bu gün tullantıların azaldılmasına mühüm töhfə verir – IEA (ÖZƏL)

Bakı. Trend:

Azərbaycan artıq bu gün tullantıların azaldılmasına mühüm töhfə
verir.

Bu barədə Trend-ə Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji
təchizatı şöbəsinin rəhbəri Kristof Makqleyd 29-cu Bakı Enerji
Forumunun kuluarlarında deyib.

“Azərbaycanın həm quruda, həm də dənizdə “yaşıl” enerjinin,
xüsusən külək enerjisinin inkişafı üçün böyük potensialı var.
Burada hidrogen kimi digər təmiz enerji texnologiyaları da mühüm
rol oynaya bilər. Hidrogen tullantıları azaltmağa kömək edən ən
mühüm texnologiyadır. Bu, Azərbaycanın artıq mühüm töhfə verdiyi və
bir çox enerji idxal edən ölkələrə tullantıların azaldılması yolunu
tutmağa kömək göstərdiyi sahədir”, – deyə o bildirib.

Qeyd edək ki, “Advisian” məsləhətçi şirkətinin Avropa
Yenidənqurma və İnkişaf Bankının dəstəyilə hazırladığı tədqiqat
göstərir ki, formalaşmış emal, ammonyak və metanol bazarları və
hidrogenə çevrilə biləcək təbii qazın bölüşdürülməsi üzrə geniş
sistemlə Azərbaycan aşağı karbonlu hidrogen tələbatını ödəmək üçün
böyük potensiala malikdir.

Hidrogen bu sahələri karbonsuzlaşdıra bilər. Böyük həcmdə bərpa
olunan resurslara, eləcə də, “Şahdəniz” yatağında təbii qaz
ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm “yaşıl”, həm
də “mavi” hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir.
Bundan başqa, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan
Cənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii
qazla qarışdırmağa imkan verəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun