Advertisement

Bakı Ekspo Mərkəzində beynəlxalq enerji sərgiləri fəaliyyətini davam etdirir (FOTO)

Bakı. Trend:

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil&Gas” və
12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi –
“Caspian Power” fəaliyyətini davam etdirir.

Trend xəbər
verir ki, ötən ildən başlayaraq bu tədbirlər Bakı Enerji Həftəsi
çərçivəsində keçirilir.

Bakıda keçirilən beynəlxalq sərgilər neft, qaz və energetika
sahəsində aparıcı mütəxəssislərin görüş yeri, gələcək əməkdaşlığa
dair memorandumların, sazişlərin və müqavilələrin imzalandığı
məkandır.

İyunun 4-dən 6-dək davam edən Bakı Enerji Həftəsi 29-cu Bakı
Enerji Forumu da daxil olmaqla üç nüfuzlu tədbiri bir araya
gətirir.

Bakı Enerji Həftəsində 37 ölkədən 300-ə yaxın şirkət iştirak
edir.

Forumda Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya,
Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri
(BƏƏ), Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair,
Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç,
İtaliya, Latviya, Qazaxısyan, Qətər, Macarıstan, Monako, Niderland,
Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı,
Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya da iştirak edir.

İsveç, Hindistan və Sloveniya şirkətləri tədbirdə ilk dəfədir
ki, iştirak edir.

Bunların əksəriyyəti Azərbaycanda “yaşıl” enerjiyə böyük maraq
göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi tanınmış
şirkətlərə, sərginin daimi iştirakçılarına məxsusdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun