Bakı. Trend:
Türkiyənin “Qalatasaray” klubunun İdarə Heyətinə yeni seçkilər
keçirilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, azərbaycanlı futbol funksioneri Emin
İmanov da heyətə üzv seçilib.
O, növbəti dəfə İdarə Heyətində yer alıb. İmanov klub prezidenti
seçilən Dursun Özbəkin komandasında çalışacaq.
Qeyd edək ki, İdarə Heyətində Emin İmanov, Nihat Kırmızı, Eray
Yazgan, Maruf Güneş, Metin Öztürk, Niyazi Yelkencioğlu, İbrahim
Hatipoğlu, Can Natan və Emir Aral yer alıblar.





























