
Bakı. Trend:
Bu gün COP29 Azərbaycan Əməliyyat Şirkəti “COP29
Sponsorluq və Tərəfdaşlıq” strategiyasının ayrılmaz tərkib hissəsi
olan dayanıqlılıq və ətraf mühit kriteriyalarının formalaşması üzrə
milli səviyyədə ilkin müzakirələrə start vermişdir.
Qeyd edək ki, şirkət COP29 Sponsorluq proqramını bu ilin may
ayından etibarən özəl sektora təqdim etmişdir. Milli öhdəlik
proqramına əsasən COP29-un Sponsorluq proqramı çərçivəsində xarici
və beynəlxalq sponsorlara dayanıqlılıq hədəfləri ilə bağlı könüllü
korporativ öhdəliklər tətbiq olunacaq və bu öhdəlikləri yerinə
yetirmək üçün onlara müvafiq səriştələr aşılanacaqdır.
Milli biznes sektorunun əlliyə yaxın rəhbər nüməyəndəsinin
iştirak etdiyi seminarda COP29 Konfransına dair mövcud layihələr,
ümumi hazırlıq tədbirləri və nəhayət, milli biznes nümayəndələri
üçün ekskluziv olaraq adaptasiya edilmiş Milli öhdəlik kriteriyası
barədə təqdimat keçirilib. Milli öhdəlik proqramı noyabra qədər
Bonn Sazişinə uyğun olaraq, qlobal “Race to Zero” və Azərbaycan
Respublikasının Milli səviyyədə müəyyən edilmiş töhfələrindən (NDC)
ilhamlanaraq formalaşdırılan və istər sosial, istərsə də sənayenin
dekarbonizasiyası, su, kənd təsərrüfatı, səhralaşma, yaşıl enerjiyə
keçid eləcə də geniş vüsət alan sosial və digər mövzularda yerli
şirkətlər üçün sponsorluq kriteriyası olaraq qəbul edilmişdir.
Özəl şirkətlər iqlim hədəflərinə çatmaq yolunda daxili
potensiallarını qiymətləndirmək, COP29-la tərəfdaşlıq çərçivəsində
əldə etdikləri bilik və təcrübə əsasında gələcək strategiyalarını
formalaşdırmaq və hesabatlılıq və idarəetmə resurslarının
artırılmasına yönəlik Milli öhdəlik proqramında iştirak etməklə
təyin olunmuş sponsorluq kriteriyasına cavab vermiş olurlar.
Şirkətlərin proqram çərçivəsində növbəti 12-24 ay ərzində öz
strateji hədəflərini təyin etmələri nəzərdə tutulur.
Qeyd etmək istərdik ki, bu proqram, COP-29 Əməliyyat Şirkəti
tərəfindən milli özəl sektor nəhənglərinin Konfransda fəal
iştirakçılıq imkanları əldə etməsi və eləcə də bu il, “Yaşıl dünya
naminə həmrəylik ili çərçivəsində” peşəkar bələdçilik və qaydalar
toplusuna əsasən öz dayanıqlılıq davranışlarını təkmilləşdirməsi
yolunda irəli sürdüyü mühüm təşəbbüsüdür.
COP29 çərçivəsində sponsorluğa və tərəfdaşlığa maraq göstərən
şəxslər [email protected] elektron
poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.



























