Advertisement

“Beşiktaş”a niderlandlı məşqçi rəhbərlik edəcək

Bakı. Trend:

“Beşiktaş”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Trend İdman.biz
istinadən xəbər verir ki, komandaya niderlandlı mütəxəssis Covanni
van Bronkhorst rəhbərlik edəcək.

Klubdan verilən məlumata görə 50 yaşlı mütəxəssislə 2+1 illik
rəsmi müqavilə imzalanacaq. Covanni van Bronkhorstun ilədiyi son
klub Şotlandiya “Reyncers”i olub. O, komanda ilə 2022-ci ildə
yollarını ayırıb. Bundan başqa, məşqçi “Feyenoord” (Niderland) və
“Quanqjou” (Çin) klublarında fəaliyyət göstərib.

Qeyd edək ki, Bronkhorst “Feyenoord”a (2016/2017) ölkə çempionu
titulunu qazandırıb, “Reyncers”lə (2021/22) Avropa Liqasının
finalında çıxış edib.