Advertisement

Cari ildə nə qədər müəllim sertifikasiya balına görə iş yerini dəyişib? – Nurlan İsmayılbəyli açıqladı

Bakı. Trend:

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb
direktoru və müavini seçimində istifadə edilməsi nəzərdə
tutulur.

Trend xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan
Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli media üçün
keçirilən brifinqdə deyib.

O qeyd edib ki, müəllimlər imtahandan topladıqları bal əsasında
iş yerlərini dəyişmək imkanı qazanır.

“Cari ildə 63 müəllim sertifikasiya balına görə iş yerini
dəyişib. Ötən il göstəricilərinə əsasən 5246 müəllim maaşlarına 35
faiz, 17914 müəllim 10 faiz əlavə alır”, İsmayılbəyli əlavə
edib.

Qeyd edək ki, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma
prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili,
Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.)
fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif,
Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma
prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində,
ötən il uğur qazana bilməyən müəllimlərin təkrar
sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.