Bakı. Trend:
Gürcüstan-Rusiya sərhədində “Kazbegi” və “Yuxarı Lars”
gömrük-keçid məntəqələri fəaliyyətini müvəqqəti dayandırıb.
Trend xəbər
verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Qeyd olunub ki, məntəqələr Devdoraki çayında suyun səviyyəsinin
artması ilə əlaqədar olaraq bağlanıb.
Əməkdaşlar və sərnişinlər təhlükəsiz zonaya keçirilib.





























