
Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu Qərb ölkələrinin İsraildə
seçkilər keçirməklə bağlı çağırışlarına cavab olaraq Qərbi
vicdanını itirməkdə ittiham edib.
Trend xəbər
verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Baş nazir İsrail dövlətinin HƏMAS hərəkatı ilə müharibə
vəziyyətində olduğunu xatırladıb.
“Siz İsrailin HƏMAS-dan olan bədheybətlərdən müdafiə hüququndan
nə tez imtina etdiniz? Siz nə tez vicdanınızı itirdiniz?”, – deyə
Netanyahu bildirib.
Onun sözlərinə görə, bu cür bəyanatlarla çıxış edənlər
Holokostdan sonrakı ən dəhşətli qətliamı unudublar.
Konkret adlar çəkməyən baş nazirin fikrincə, beynəlxalq
ictimaiyyətin İsraildə seçkilərin keçirilməsində israr edən
nümayəndələri çox gözəl bilirlər ki, bununla ölkəni yarım il
müddətinə iflic edəcək və əməliyyatların dayandırılmasına səbəb
olacaqlar.





























