
Bakı. Trend:
“İdman Bizimlə”nin növbəti buraxılışı yayımlanıb. Verilişin
budəfəki qonağı paraatletika üzrə dördqat dünya çempionu, ikiqat
Paralimpiya medalçısı və dünya rekordçusu Lamiyə Vəliyeva olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, idmana gəlişindən söz açan qonağımız məhz
atletikanı seçməsinin səbəblərindən danışıb. Paris-2024 Yay
Paralimpiya Oyunlarına hazırlaşan lisenziyaçı Fransa paytaxtında
özündən gözləntilərinin yüksək olduğunu qeyd edib.





























