
Bakı. Trend:
Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat
infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında
Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev TÜRKPA-ya
üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə
bildirib.
Şuşaya yeni çəkilən avtomagistralda 7 tunelin, 9 viadukun, bir
çox körpülərin inşa edildiyini və podratçıların əksəriyyəti Türkiyə
şirkətləri olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: “Eyni
zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir.
Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir.
Yəni, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani
şəkildə görürük”.





























