Advertisement

“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli oldu

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı “A-Solutions”
MMC-yə elektron pul təşkilatı kimi fəaliyyət göstərməsi üçün
lisenziya təqdim edib. Qeyd etmək lazımdır ki, təşkilatın

əsas səhmdarı qismində “Azercell Telekom” MMC çıxış edir.
Beləliklə də, ölkənin telekommunikasiya sektorunda
ilk dəfə olaraq özündə həm bank əməliyyatlarını, həm də mobil
rabitə imkanlarını birləşdirən “akart” bu lisenziyanı alan birinci
fintex həlli oldu.

Qeyd edək ki, müştərilərə nağdsız hesablaşma və ödənişləri daha
rahat şəkildə yerinə yetirməyə imkan yaradan bu unikal məhsul ilə
kartdan karta sürətli pul köçürmələrini, kommunal ödənişləri və
digər əməliyyatları yerinə yetirmək mümkündür. Eyni zamanda,
“akart”ın “Apple” və “Google Pay” vasitəsilə təmassız
ödəniş, ayda 100 AZN-dək keşbek və 10 GB-dək bonus qazanma imkanı,
genişlənən partnyor şəbəkəsi və s. kimi üstünlükləri
var.

Beləliklə virtual kart əhalinin bank xidmətlərinə çıxışı aşağı
olan və ya ümumiyyətlə olmayan qisminə onlayn bankçılıq üçün rahat
və sərfəli həll təqdim edir. Həllin məqsədi “akart” vasitəsilə ölkə
əhalisinə nağdsız ödəniş vərdişlərini təşviq etməkdir. Bununla da
virtual kart Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsinə
və rəqəmsal ekosistemin inkişafına töhfəsini verəcək.